6-16 iyul tarixlərində ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamenti tərəfindən 2025/2026-cı tədris ilinin yaz semestrində imtahan sessiyasında iştirak etmiş tələbələr arasında “Yaz imtahan sessiyası: məmnuniyyət sorğusu”nun keçirilməsi nəzərdə tutulub. Keyfiyyət təminatı və strateji planlama departamenti hər il ənənəvi olaraq ADMİU-da imtahan sessiyasının təşkili və qiymətləndirilmə prosesinin daha da təkmilləşdirilməsi məqsədilə tələbələr arasında məmnuniyyət sorğusu […]
ADMİU-nun müəllimi beynəlxalq konqresdə çıxış edib
ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov iyulun 1-də AMEA-nın Rəyasət Heyətində keçirilən “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” adlı beynəlxalq konqres çərçivəsində təşkil olunan “Türkoloji sənətşünaslıq” diskussiya panelində çıxış edib. O, “Türk miniatürlərində kompozisiya həllinin bədii prinsipləri” mövzusunda məruzə təqdim edib. Məruzədə türk […]
ADMİU əməkdaşları üçün Qubaya birgünlük ekskursiya təşkil olunub
İyulun 5-də ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin Təsərrüfat şöbəsinin əməkdaşları üçün Quba rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi və kollektiv daxilində ünsiyyətin daha da möhkəmləndirilməsi olub. Səfər zamanı iştirakçılar Qubanın zəngin təbiəti və görməli məkanları ilə tanış olub, xoş istirahət edərək yaddaqalan anlar yaşayıblar. […]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri “İnklüziv İncəsənət Günləri” layihəsində iştirak etmişdirlər
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Biz Bir Ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyinin rəsmi tərəfdaşlığı ilə 3-4 iyul 2026-cü il tarixlərində “İnklüziv İncəsənət Günləri” layihəsi keçirilmişdir. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq potensialını cəmiyyətə təqdim etmək, inklüziv dəyərlərin təşviqinə töhfə vermək, incəsənət vasitəsilə sosial inteqrasiyanı […]
ADMİU-nun məzun və tələbələrinin iştirakı ilə “Parfümer” tamaşası nümayiş olunub
2026-cı il iyunun 21-də Heydər Əliyev Sarayında “WhiteRoof” teatr studiyasının alman yazıçısı Patrik Züskindin eyniadlı əsəri əsasında hazırladığı “Parfümer” tamaşası nümayiş olunub. Tamaşanın prodüseri Ziya Ağa, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin RS24 qrupunun tələbəsi Oksana Rəsulova, bəstəkarı (Şimali Makedoniya) Almir Bajramoski, xoreoqrafı və baletmeysteri Əməkdar artist Anar Mikayılov, səhnələşdirən […]
ADMİU-nun əməkdaşı beynəlxalq elmi platformanın yeniliklərinə həsr olunmuş vebinarda iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris şöbəsinin böyük mütəxəssisi, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Natiq Mürsəlov beynəlxalq elmi nəşrlərin qiymətləndirilməsi sahəsində mühüm əhəmiyyət kəsb edən “Journal Citation Reports” Platformasının 2026-cı il buraxılışının icmalı və yenilikləri mövzusunda keçirilmiş onlayn vebinarda iştirak edib. 23 iyun 2026-cı il tarixində təşkil olunmuş vebinar zamanı “Journal Citation […]
ADMİU-da gənclər arasında narkomaniyanın profilaktikasına həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığı 21 may 2026-cı il tarixli, NNVQD/2-42/2026 nömrəli məktubuna uyğun olaraq, 25 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-mədəni fəaliyyət kafedrasının […]
ADMİU-da Elmi Şura iclası keçirilib
22 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi Şura iclası keçirilib. İclasda universitet rəhbərliyi, Elmi Şuranın üzvləri və aidiyyəti struktur bölmələrin nümayəndələri iştirak ediblər. Toplantı zamanı 2025/2026-cı tədris ilinin yay semestri üzrə görülən işlər, tədris, elmi və yaradıcılıq fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Universitetin fakültə və kafedralarında aparılan işlər, tələbələrin […]
ADMİU-da Məzun Günü qeyd olunub
22 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Məzun Günü keçirilib. Tədbir zamanı universitetin müxtəlif fakültələri üzrə fərqlənən tələbələr “İlin tələbəsi” nominasiyası ilə təltif olunublar. Eyni zamanda fakültələr üzrə pedaqoji fəaliyyəti və universitet həyatındakı aktiv iştirakı ilə seçilən müəllimlər də mükafatlandırılıb. Məzun Günü çərçivəsində ADMİU-nun Musiqi sənəti fakültəsinin kafedralarında təhsil alan tələbələr […]
“Pillə 4” Tələbə Tamaşaları Festivalı çərçivəsində keçirilən “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri elan olunub
18 iyun tarixində ADMİU-da “Pillə 4” Tələbə Tamaşaları Festivalının yekunlarına həsr olunmuş tədbir keçirilib. Teatr sənəti fakültəsinin professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə baş tutan tədbirdə dekan Kəmalə Mehdiyeva, Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, dekan müavini Əli Hacılı, dosent Elçin Cəfərov çıxış edərək, festivalın əhəmiyyətindən danışıblar. Sonra festival çərçivəsində keçirilən “Ən yaxşı məqalə” müsabiqəsinin […]
ADMİU-da “Study in Azerbaijan” platformasının direktoru ilə görüş keçirilib
18 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Study in Azerbaijan” platformasının direktoru Şəbnəm Səfərova ilə görüş keçirilib. Görüşdə ADMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova, Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin, eləcə də Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri iştirak ediblər. Görüş zamanı xarici tələbələrin Azərbaycanda təhsil almağa təşviq edilməsi, xüsusilə ADMİU-ya cəlb […]
ADMİU-nun rektoru Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalda iştirak edir
İyunun 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı öz işinə başlayıb.Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova, kafedra müdirləri professor Fəridə Səfiyeva və dosent Əfşan Şəfiyeva da […]













