Azərbaycan Kino Gününə həsr olunmuş “AZƏRBAYCAN KİNOSUNUN İNKİŞAF MƏRHƏLƏLƏRİ: Tarixdən rəqəmsal gələcəyə” mövzusunda təlim – mühazirə

3 avqust 2026-cı il tarixində Azərbaycan Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzində “AZƏRBAYCAN KİNOSUNUN İNKİŞAF MƏRHƏLƏLƏRİ: Tarixdən rəqəmsal gələcəyə” mövzusunda maarifləndirici təlim keçirilmişdir. Tədbirin məqsədi Azərbaycan kinosunun zəngin tarixini, keçdiyi inkişaf mərhələlərini, müasir dövrdə rəqəmsal texnologiyaların kino sənətinə təsirini və gələcək inkişaf perspektivlərini iştirakçıların diqqətinə çatdırmaq olmuşdur. Təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) […]

GabalaFest çərçivəsində “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi başa çatıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Gilan Holdinqin dəstəyi ilə keçirilən “GabalaFest” bu il yenilənmiş formatda baş tutub. 29 iyul – 3 avqust tarixlərini əhatə edən festival klassik musiqi ilə yanaşı, tətbiqi incəsənət, ədəbiyyat, ustad dərsləri, sərgilər və açıq hava tədbirlərini özündə birləşdirərək Qəbələni altı gün […]

ADMİU magistr tələbəsi Çanaqqala Seramik Simpoziumunda “Zəfər xalçası” layihəsini təqdim edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbəsi, Azərbaycan Milli İncəsənət Muzeyinin Tikmə fondunun müdiri Könül Zeynalova Türkiyədə keçirilən I Beynəlxalq Çanaqqala Seramik Simpoziumunda onlayn məruzə ilə çıxış edib. Könül Zeynalova simpoziumun Azərbaycan sessiyasında “Nakhchivan: An Ancient Land of Azerbaijan – Architectural Heritage, Carpet Art, and Cultural Traditions” mövzusunda məruzə təqdim edib. Çıxışı zamanı müəllif […]

Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların nəzərinə!

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesi 03 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək aparılacaq Müraciətçilər https://my.gov.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. MAGİSTRATURA səviyyəsinə […]

ADMİU müəllimləri Vaqif Poeziya Günlərində çıxış ediblər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Əməkdar artist, dosent Toğrul Əsədullayev və baş müəllim Səxavət Məmmədov Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunan konsert proqramında iştirak ediblər. İyulun 17-də Molla Pənah Vaqifin məqbərəsi önündə təşkil olunan konsertdə Səxavət Məmmədov tar, Toğrul Əsədullayev isə kamança ifaçısı kimi musiqi nömrələrinin müşayiətini həyata keçiriblər. ADMİU müəllimlərinin ölkənin […]

ADMİU əməkdaşları üçün Şamaxıya birgünlük istirahət səfəri təşkil olunub

İyulun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitet əməkdaşları üçün Şamaxı şəhərinə birgünlük istirahət səfəri təşkil olunub. Səfərin əsas məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, onların istirahətinin təmin olunması, kollektiv daxilində ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub. Səfər çərçivəsində iştirakçılar Şamaxının zəngin təbiəti və görməli məkanları ilə […]

ADMİU müəllimləri Slovakiya Prezidentinin şərəfinə verilən rəsmi naharın konsert proqramında iştirak ediblər

İyulun 14-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. Tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub. Konsert proqramında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin müəllimləri — Əməkdar artist, dosent Toğrul Əsədullayev və baş müəllim Səxavət Məmmədov da iştirak ediblər. ADMİU […]

ADMİU“ESXİL və К°” dramaturgiya müsabiqəsi elan edir

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın həyata keçirilməsi ilə bağlı icra olunacaq tədbirlər çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə 16-20 noyabr 2026-cı il tarixlərində pyes müsabiqəsinin keçirilməsi planlaşdırılır. Bildiyimiz kimi, Konsepsiyanın “8.4. – Ədəbiyyatın inkişafı” prioritetinin “8.4.1 – Mədəniyyətin inkişafında, eləcə də məntiqi, tənqidi və yaradıcı təfəkkürün formalaşmasında ədəbiyyatın rolunun […]

ADMİU əməkdaşları üçün Şamaxıda komanda quruculuğu tədbiri təşkil olunub

11 iyul tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Həmkarlar İttifaqı Komitəsinin təşlilatı ilə universitet əməkdaşları üçün komanda quruculuğu fəaliyyətləri çərçivəsində Şamaxıya səfər təşkil olunub. Səfərin əsas məqsədi əməkdaşlar arasında səmərəli ünsiyyəti gücləndirmək, komanda ruhunu möhkəmləndirmək, qarşılıqlı əməkdaşlığı təşviq etmək və qeyri-rəsmi mühitdə sosial əlaqələri inkişaf etdirmək olub. Tədbir çərçivəsində iştirakçılar müxtəlif komanda quruculuğu […]

ADMİU-da QS Subject Rankings – Performing Arts üzrə hazırlıq işləri müzakirə olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində QS Subject Rankings – Performing Arts üzrə aparılan hazırlıq işləri çərçivəsində növbəti işgüzar görüş keçirilib. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova və prorektorluğun əməkdaşları, “ƏSA” Teatrının direktoru və bədii rəhbəri Nihad Qulamzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət “Yuğ” Teatrının Yaradıcılıq şöbəsinin müdiri Elçin Cəfərov iştirak ediblər. […]

ADMİU-da 2025-2026-cı tədris ilinin son Elmi Şura iclası keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2025-2026-cı tədris ilinin son Elmi Şura iclası keçirilib.İclasın gündəliyinə universitetin 2025–2026-cı tədris ili üzrə fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən hesabatlar, tədris və elmi fəaliyyətin nəticələri, beynəlxalq əlaqələr, strateji inkişaf, eləcə də cari məsələlər daxil edilib.Gündəlikdəki məsələlərə keçməzdən əvvəl universitetin rektoru professor Ceyran Mahmudova Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq […]