Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti, tanınmış tarzən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Vamiq Məmmədəliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və mədəniyyət xadimləri, elm və incəsənət nümayəndələri, musiqiçilər, ziyalılar və sənətsevərlər iştirak ediblər. Yubiley gecəsində çıxış edənlər Vamiq Məmmədəliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında, milli ifaçılıq ənənələrinin qorunub saxlanılmasında […]
Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin(TEYC) təşkilatçılığı ilə İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici təlim keçirilmişdir
Təlimin qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Abbas Quliyev olmuşdur. Tədbir zamanı insan hüquqlarının tarixi inkişafı, beynəlxalq və milli hüquq sistemində insan hüquqlarının yeri, əsas hüquq və azadlıqlar, onların müdafiə mexanizmləri, eləcə də vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir.Təlim nəzəri biliklərlə yanaşı, hüquqi praktikadan götürülmüş real keyslərin müzakirəsi ilə də yadda qalmışdır. […]
Xankəndidə ilk dəfə Milli Qurtuluş Günü qeyd olunub
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə bayram konserti təşkil olunub. Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbir ölkənin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində baş tutub. Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, tarzən Səxavət Məmmədov solist qismində çıxış edib. Tədbirdə əvvəlcə Milli […]
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmənin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə məlumatlandırma tədbirləri həyata keçirilmişdir. 13 iyun saat 15:00-da Google Meet platforması üzərindən onlayn formatda “İnsan hüquqları və vətəndaş məsuliyyəti” mövzusunda təlim […]
ADMİU 2026/2027-ci tədris ilində təkrar ali təhsil almaq üçün qəbul elan edir
№ İxtisasın şifri İxtisasın adı Bölmə İllik təhsil haqqı 1 6003001 Aktyor sənəti (sahələr üzrə) Azərbaycan/rus 2300 AZN 2 6003003 Dekorativ-tətbiqi sənət (sahələr üzrə) Azərbaycan/rus 2300 AZN 3 6003005 Dizayn (sahələr üzrə) Azərbaycan/rus 2300 AZN 4 6003006 Ədəbi yaradıcılıq və ekran dramaturgiyası Azərbaycan 2400 AZN 5 6003009 İnstrumental ifaçılıq Klassik musiqi alətləri (fortepiano, violin (skripka), […]
ADMİU müəlliminin əsəri beynəlxalq qobelen müsabiqəsində I yerə layiq görülüb
08 iyun 2026-cı il tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, TOMA təşəbbüsü, Azərbaycan Rəssamlıq Akademiyası və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən “Yaddaşın İlmələri: Xatirədən Gələcəyə” adlı beynəlxalq qobelen müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tanınmış rəssam və qobelen ustası Gülarə Salayevanın əsəri müsabiqədə yüksək qiymətləndirilərək I yerə layiq görülüb. […]
ADMİU nümayəndəsi Qırğızıstanda keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış edib
19–23 may 2026-cı il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Культурное наследие народов Содружества: Ремесленный предмет как носитель культурного кода” (“Birlik ölkələri xalqlarının mədəni irsi: sənətkarlıq nümunəsi mədəni kodun daşıyıcısı kimi”) adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Səfərova iştirak edib. Nəzakət Səfərova tədbir […]
ADMİU-nun dosenti Qazaxıstanda beynəlxalq akademik fəaliyyətdə iştirak edib
3–5 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Prezident mükafatçısı Toğrul Əsədullayev Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Kulyaş Bayseitova adına Qazaxıstan Dövlət Milli İncəsənət Universitetinin dəvəti ilə həmin ali təhsil müəssisəsində keçirilən dövlət imtahanlarında iştirak edib. Toğrul Əsədullayev üç gün ərzində “Xalq çalğı alətləri” ixtisası üzrə Dövlət […]
“Azərbaycan silahşünaslığının aktual problemləri” adlı İkinci beynəlxalq elmi-praktik konfrans
Konfransın tarixi: 29-30 oktyabr 2026-ci il Konfransın keçirildiyi yer: Azərbaycan Milli Xalça Muzeyi Konfransın keçirilməsində məqsəd: Azərbaycanın qədim dövrlərdən bu günə qədər tarixi silahşünaslığına dair müasir tədqiqat və materialları elmi dövriyyəyə daxil etmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan silahları haqqında məlumat mübadiləsini təşkil etmək;tarixi silahların mühafizəsi, nümayişi və bərpası problemlərini […]
ADMİU-da QS Performing Arts üzrə ilk komissiya iclası keçirilib
İyunun 3-də ADMİU-da universitetin QS World University Rankings by Subject – Performing Arts reytinqində təmsil olunması ilə bağlı komissiyanın ilk iclası keçirilib.İclasda ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevil Kərimova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova, Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir […]
SABAH-da Nadir Hüseynova ithaf…
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları IV təhsil ili “Aktyor sənəti” tələbələri mərhum professor Nadir Hüseynovun əziz xatirəsinə ithaf olaraq Bəxtiyar Vahabzadənin “Ləyaqət” poemasını səhnələşdiriblər.Eyniadlı səhnə həlli plastik ədəbi bədii material kimi birhissəli axtarış janrında hazırlanıb.
ADMİU-nun tələbələri ADA Məktəbinin səhnəsində
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsi “Səhnə danışığı” kafedrasının müdiri, Xalq artisti, professor Məmmədsəfa Qasımovun rəhbərliyi ilə kafedranın II tədris ili tələbələri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ADA Məktəbinin uşaqları üçün xüsusi bayram tədbiri təşkil ediblər.Tədbir çərçivəsində tələbələr uşaqlar üçün maraqlı proqramla çıxış ediblər. Proqramın əsas hissəsini “Göyçək […]













